“Kiyev Moskvaya qarşı əks-hücuma keçə bilər, əsas odur ki, NATO ölkələri münaqişəyə cəlb olunmasın”
2023-06-01 12:19:00
Hurriyyet.az “Lenta.ru” saytına istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq NATO-nun Ukraynanın Rusiya ərazisinə hücumlarının mümkünlüyü barəsində mövqeyinin dəyişməz olduğunu, Kiyevin özünümüdafiə hüququnun olduğunu söyləyib.
Stoltenberq zəruri olduğu müddətdə Ukraynaya dəstəyin davam etdiriləcəyini də bildirib: “Bu dəstək nə NATO-nu, nə də NATO üzvlərini münaqişənin bir tərəfinə çevirmir. Bizim qərarımız belə olub: münaqişədə tərəfə çevrilmədən Ukraynanı dəstəkləmək”.
Baş katib bildirib ki, Ukrayna böhranı ilə əlaqədar alyansın qarşısında iki mühüm məsələ durur – Ukraynanı dəstəkləmək və münaqişənin böyüyərək ölkə sərhədlərindən kənara çıxmasına yol verməmək.
Hürr Tərcüman