📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kiyev müdafiəçiləri məlumat yaydı: "Hamısını yerə sərmişik"

2022-02-26 10:40:00

Kiyev müdafiəçiləri məlumat yaydı:

Ukraynanın paytaxtı Kiyev şəhərini müdafiə edən hərbçilər son vəziyyət haqqında məlumat yayıblar.

Hurriyyet.az UNİAN-a istinadən xəbər verir ki, Ukraynanın Quru Qoşunlarının yaydığı məlumata görə, hazırda paytaxtda sakitlikdir. Gecə ərzində rus qoşunları aktiv şəkildə şəhərə hücum edib.

"Beresteyskaya" metrostansiyası yaxınlığında 101-ci briqada düşmənin hərbi kolonunu məhv edib. Kolonda iki minik avtomobili, iki yük maşını və tanklar var idi. Sakitlikdir. Hamısını yerə sərdik", - deyə məlumatda bildirilir.