Kiyev Rusiya üçün əsas şərti açıqlayıb-Rusiya hücumaqədərki əraziləri tərk etməlidir
2022-03-30 16:32:00
Rusiya ilə sülh müqaviləsinin imzalanması o halda mümkündür ki, onun qoşunları fevralın 23-dək Ukraynanın nəzarətində olan ərazilərdən tam çıxarılsın. Bunu "RBK-Ukrayna"ya müsahibəsində danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna Ali Radasının deputatı David Araxamia deyib.
"Ruslar tam çıxıb gedən zaman biz müqavilənin şərti imzalanmasına və ya onun artıq ciddi müzakirə oluna biləcəyi həddə çatacağıq. O zaman biz onu imzalamaq, təsdiqləmək və ya paraqraflar üzrə müzakirə etmək üçün oturacağıq", deyə Araxamia bildirib.
Ülviyyə, Hurriyyet.az