📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kiyev səhəri partlayışlarla açdı – İran dronları Ukrayna səmasında

2022-12-19 11:47:00

Kiyev səhəri partlayışlarla açdı – İran dronları Ukrayna səmasında

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun təqribən 35 PUA ilə Ukraynaya hücum elədiyini, dronlardan 30-nun havada dəf edildiyini bəyan edib.

Dronların İran istehsalı olduğu bildirilir.

Açıqlamada deyilir: “Ötən hücumlar zamanı olduğu kimi bu səfər də dronlar Azov dənizinin şərq sahilindən göndərilib”.

Kiyevdə partlayış səsləri

Ukraynanın paytaxtı Kiyevin bələdiyyə başçısı Vitali Kliçko “Teleqram” hesabındakı paylaşmasında səhərin erkən saatlarında şəhərin bəzi rayonlarında partlayış səsləri eşidildiyini, Rusiyanın hücumları nəticəsində paytaxtın infrastrukturunun zədələndiyini bildirib. Yerli mətbuatın yazdığına görə, Kiyev ilə ətrafında 9 ədəd PUA vurulub.

Hürr Tərcüman