Kiyev səhəri partlayışlarla açdı: “Sığınacaqlardan çıxmayın!”
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki,Kiyevdə partlayış səsləri eşidilir, hava həyəcanı elan edilib. Şəhərin meri Vitali Kliçko sakinləri sığınacaqlarda qalmağa çağırıb.
Rusiya Federasiyasının Silahlı Qüvvələrinin atəş açması nəticəsində bu gün səhərin erkən saatlarında Kiyevdə partlayış olub.
Bu barədə məlumatı Ukrayna paytaxtının meri Vitali Kliçko səhər öz “Teleqram” kanalında verib. O, sakinləri sığınacaqlarda qalmağa çağırıb. Birinci xəbərdən 6 dəqiqə sonra Kliçko Şevçenko rayonunda ikinci partlayışın törədildiyini bildirib.
Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Dmitri Kuleba sakinləri ayıq-sayıq olmağa, sosial şəbəkələrdə hərbi informasiyaları paylaşmamağa çağırıb. Ölən və ya yaralananların olub-olmadığı barəsində hələlik məlumat verilmir.
Hürr Tərcüman