Kiyev: separatçılar sutkada 60 dəfə atəşkəsi pozublar
2022-02-18 15:17:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Donbassdakı separatçılar sutka ərzində 60 dəfə atəşkəsi pozublar. Rusiyanın dəstəklədiyi separatçılar Minsk razılaşmalarında qadağan edilən silahlardan 40 dəfədən artıq istifadə ediblər.
Bu gün Kiyevdən verilən açıqlamada sutka ərzində Ukraynanın iki nəfər hərbçisinin və azı beş nəfər mülki vətəndaşının yaralandığı bildirilir.
Separatçılar Vrubovka yaşayış məntəqəsini artilleriya sistemlərindən atəşə tutublar, yerli orta məktəbin binasını, qaz kəmərini və şəxsi evi zədələyiblər.
Həmçinin, Donetskdə işğalçıların PUA-sının təmas xəttini keçdiyi qeydə alınıb.
Hürr Tərcüman