Kiyev yaxınlığında Rusiya qoşunları bir-biri ilə döyüşür
2022-03-04 17:33:00
Kiyev vilayətində Severinovka yaxınlığında Rusiya qoşunları bir-biri ilə döyüşə girib. Nəticədə 9 tank və 4 zirehli transportyor itirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti Facebook-da yaydığı məlumatda bildirib.
“Bu dəqiqələrdə Kiyev bölgəsində, Severinovka yaxınlığında, Rusiya qoşunları... elə rus qoşunları ilə döyüşə girib. “Friendly fire” nəticəsində 9 tank və 4 zirehli transportyor məhv edilib. Bu isə bizim 13 Javelin-imizi xilas edib", - məlumatda deyilir.
virtualaz.org