Kiyev yaxınlığında şiddətli döyüşlər gedir – KLİÇKODAN AÇIQLAMA
2022-03-07 15:16:00
“Kiyev yaxınlığında şiddətli döyüşlər gedir, rus qoşunları xüsusən də Kiyev vilayətinin Buça, Qostomel, Vorzel, İrpen şəhərlərini yerlə-yeksan edir, dinc sakinləri məqsədyönlü şəkildə qətlə yetirirlər”.
Hurriyyet.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.
Kliçko qeyd edib ki, Kiyevdən Ukraynanın digər şəhərlərinə humanitar yardım göndərilir: "Kiyev Çerniqov şəhərinə humanitar yardım göndərib. Biz onu Buça və Qostomelə çatdırmağa çalışırıq. Bəzi başqa şəhərlərə humanitar yardımlar göndəririk. Paytaxt müdafiəyə hazırlaşır. Kiyev duruş gətirəcək! Özünü müdafiə edəcək! Biz birlikdə dayanacağıq! Ukraynaya eşq olsun!".
Hurriyyet.az