📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kiyev yenə raketlə vuruldu - Ölənlər var

2024-02-07 16:56:16

Kiyev yenə raketlə vuruldu - Ölənlər var

Kiyev meri Vitali Kliçko Rusiyanın bu gün paytaxta raket hücumları nəticəsində 4 nəfərin öldüyünü, ən azı 35 nəfərin yaralandığını bəyan edib. 

Hurriyyet.az xəbər verir ki, Kliçko sosial media hesabındakı paylaşımında Rusiya ordusunun Kiyevin Qolosiyiv rayonundakı 18 mərtəbəli yaşayış binasına raketlə vurduğunu açıqlayıb. 

O,  bildirib ki, Rusiyanın növbəti hücumu nəticəsində Qolosiyivdə 32, Dnepr rayonunda isə 3 olmaqla ümumilikdə 35 nəfərin yaralanıb. 

yenisabah.az