📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kiyevdə Azərbaycan restoranı ballistik raketlərlə vuruldu - FOTO

2026-10-11 11:39:09

Kiyevdə Azərbaycan restoranı ballistik raketlərlə vuruldu - FOTO

Rusiya ordusu oktyabrın 10-u günorta saatlarında Kiyev şəhərini ballistik raketlərlə vurub.

Hurriyyet.net  Azərtac-a istinadla xəbər verir ki, hava həyəcanı çalınandan cəmi bir neçə dəqiqə sonra Kiyevdə güclü partlayış səsləri eşidilib.

Hava hücumundan müdafiə sistemi işə düşüb.

Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, zərərsizləşdirilən raketlərdən biri Obolon rayonundakı restoranlarından birinin ərazisinə düşüb, azı 6 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Məlumata görə, dağıntıya məruz qalan restoran Azərbaycanın milli mətbəxi kimi tanınan “Desant” restoranı olub.

Xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır.