Kiyevdə azərbaycanlı amansızlıqla qətlə yetirilib
2022-01-08 17:44:00
Ukraynanın paytaxtı Kiyevdə "Vadaley" restoranının qarşısında azərbaycanlı Cavanşir Məmmədzadə qətlə yetirilib.
Bu barədə musavat.com-a Kiyevdə yaşayan jurnalist İdrak Camalbəyli məlumat verib.
Jurnalistin sözlərinə görə, C. Məmmədzadənin ürəyinə üç bıçaq zərbəsi vurulub və yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin səbəbi və kim tərəfindən törədilməsi haqda məlumat yoxdur.
Musavat.com