📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kiyevdə daha bir körpü hədəfə alındı - Nəqliyyat dayandırıldı

2026-10-04 14:02:28

Kiyevdə daha bir körpü hədəfə alındı - Nəqliyyat dayandırıldı

Kiyevdə Rusiyanın hücumu nəticəsində Şimal körpüsü zədələnib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” hesabında paylaşım edib.

O, hücum zamanı körpünün yol və trolleybus elektrik xətlərinin zədələndiyini bildirib.

Şəhərin şərq və qərb hissələrini birləşdirən körpü təhlükəsizlik məqsədilə müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb.

Bundan əvvəl Rusiyanın cümə axşamı və cümə günləri Kiyevin Cənub körpüsünə çoxsaylı dron hücumları həyata keçirdiyi bildirilib.

Həmin hücumlar nəticəsində körpüdə avtomobil və metro hərəkəti müvəqqəti dayandırılıb.