📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kiyevdə küçə döyüşləri başladı

2022-02-26 09:44:00

Kiyevdə küçə döyüşləri başladı

Ukraynanın paytaxtı Kiyevdə küçə döyüşləri başlayıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Maryana Bezuqlaya məlumat verib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri təxribat və kəşfiyyat qruplarını şəhərdən sıxışdırıb çıxarır.

Kiyev şəhər administrasiyası da paytaxt küçələrində aktiv döyüşlərin getdiyini bildirib.

Səlahiyyətlilər sakinlərə pəncərələrdən uzaq durmağı və hamam kimi qapalı yerlərdə gizlənməyi tövsiyə edib. Xüsusi sığınacaqda olanlar oranı tərk etməməlidir.