Kiyevdə Rusiyanın iki Su-35S qırıcısı vuruldu
2022-03-02 17:31:00
Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın iki Su-35S qırıcısını məhv ediblər.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
“Kiyev vilayətində Ukrayna Hava Qüvvələrinə məxsus iki MiQ-29 təyyarəsi ilə Rusiya Hərbi Hava Qüvvələrinin iki Su-35S təyyarəsi arasında döyüş baş verib. Nəticədə hər iki Su-35S məhv edilib. MiQ-29-un “hava-hava” tipli raketləri ilə birlikdə rus təyyarələrinə qarşı S-300 ZRK-lar da istifadə olunub”, - məlumatda bildirilib.