Kiyevdə yenidən partlayış səsləri eşidilib
2023-12-14 22:32:44
Kiyevdə hava hücumu zamanı azı iki partlayış baş verib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Media həmçinin Xmelnitski vilayətində partlayışlar barədə məlumat verir.
Vilayət administrasiyasının rəhbəri Ruslan Kravçenko bildirib ki, Kiyev vilayətinin atəşə tutulması və dağıntıların düşməsi nəticəsində heç kim xəsarət almayıb, mülki infrastruktura zərbələr qeydə alınmayıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat telemarafonda bildirib ki, Xmelnitski vilayətində Starokonstantinov “Kinjal” raketləri ilə vurulub. Saat 16:14-dən etibarən hava qüvvələri bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan etməyə başlayıb.
Mənbə: Editor.az