📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kiyevdən açıqlama: “İvanişvili Rusiya ilə əməkdaşlıq edir, əlimizdə sübutlar var”

2022-10-13 15:03:00

Kiyevdən açıqlama: “İvanişvili Rusiya ilə əməkdaşlıq edir, əlimizdə sübutlar var”

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” partiyanın qurucusu Bidzina İvanişvilinin Rusiya ilə əməkdaşlıq etdiyinə dair sübutların olduğunu bəyan edib. Podolyak “Formula” telekanalına müsahibəsində milarderin Kiyevin sanksiyalar siyahısına salacağı şəxslər siyahısında olduğunu söyləyib. Podolyak deyib: “Əlbəttə, Bidzina İvanişvilinin Rusiya ilə əməkdaşlıq elədiyi barəsində məlumatlar var. O, xammal, qaz sahəsində işgüzar əməkdaşlıqda maraqlıdır. Əlbəttə, onun adı bizim sanksiya elan edəcəyimiz şəxslərin siyahısındadır”.

“Gürcü arzusu” partiyasından olan deputat Lado Kaxadze bu iddianı təxribat adlandırıb.

Hürr Tərcüman

Подоляк об Иванишвили: «Каждый про-российский олигарх столкнется с  «де-олигархизацией» - Власть,