Kiyevdən Moskvaya dron hücumu
2023-08-18 09:43:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Moskvanın meri Sergey Sobyanin avqustun 18-nə keçən gecə Ukrayna dronunun paytaxt Moskva şəhərinə hücum elədiyini və PUA-nın HHM sistemi tərəfindən zərərsizləşdirildiyini bildirib. Vurulmuş dronun qalıqları Krasnopresnensk sahil küçəsindəki Eksposentr zonasına düşüb.
TASS informasiya agentliyinə məlumat verən mənbənin bildirdiyinə görə, pavilyonda baş vermiş dağıntı 30 kvadrat metrə qədər ərazini əhatə edib. Binanın xarici hissəsi zədələnib.
RF MN-in açıqlamasına görə, hücum cəhdi yerli vaxtla saaat 04.00 radələrində edilib, hədəf Moskva və Moskva ətrafındakı obyektlər olub. Zərərçəkən olmayıb.
Hürr Tərcüman