📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kiyevə raket zərbələri zamanı 4 nəfər ölüb, 21 nəfər yaralanıb

2022-11-23 21:48:00

Kiyevə raket zərbələri zamanı 4 nəfər ölüb, 21 nəfər yaralanıb

Rusiya ordusunun Kiyevə hava zərbələri nəticəsində ölənlər və yaralananların sayı artıb.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko "Twitter"də bildirib.

O, raket zərbələri zamanı 4 nəfərin öldüyünü, 21 nəfərin yaralandığını bildirib.

Məlumat üçün bildirək ki, Lvov, İvano-Frankivsk, Kiyev, Vinnitsa, Nikolayev, Çerkassı və Xersonun zərbələrə məruz qaldığı bildirilir.\\Ölkə.az