Kiyevi bu səhər belə vurdular - FOTO
Bu səhər saat 4.22-dən etibarən Rusiya Kiyevi ballistik və qanadlı raketlərdən atəşə tutmağa başlayıb.
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə təxribatçı qüvvələr göndərdiyini bildirib. O, ailəsi ilə birlikdə Kiyevdə olduğunu, Rusiyanın birinci məqsədinin onu, ikinci məqsədinin isə ailəsini ələ keçirmək olduğunu, buna baxmayaraq, heç yerə getməyəcəyini, xalqla birlikdə olacağını deyib.
Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenko biıdirib ki, Kiyevə atılan raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilir. Onun sözlərinə görə, Kiyev yaxınlığında Rusiyanın hərbi dronu vurulub.
Vurulan Rusiya dronunun hissələri 9 mərtəbəli yaşayış binasına düşərək yanğına səbəb olub. Böyük ehtimalla, xəsarət alan və ölənlər var.
![]()