Klaar Paşinyanla görüşdü: delimitasiya gündəmdə
2022-10-29 17:55:00
Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Hurriyyet.az xəbər verir ki, tərəflər Azərbaycanla kommunikasiyaların açılmasını müzakirə edib.
Görüşdə AB-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədyanı bölgəsindəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Həmçinin iki ölkə arasında yaradılmış delimitasiya və demarkasiya komissiyalarının fəaliyyətinə də toxunulub.
axar.az