📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kliçkodan Kiyevlə bağlı bədbin açıqlama...

2026-10-03 14:33:13

Kliçkodan Kiyevlə bağlı bədbin açıqlama...

Kiyev meri Vitali Kliçko kiyevliləri şəhərdə adi dinc həyata ümid bəsləməməyə çağırıb.

Hurriyyet.net xəbər verir ki, onun çıxışını “Strana.ua” nəşri “Telegram” kanalında yayımlayıb.

O, Rusiyanın qış fəsli ərəfəsində Ukrayna paytaxtına və onun infrastrukturuna zərbələri gücləndirdiyini, üstəlik, Dnepr çayı üzərindən nəqliyyat əlaqəsinin zərər gördüyünü bildirib. Kiyev meri şəhərdəki vəziyyəti “çox dramatik” adlandırıb. 

“Düşmən Kiyevi dağıdır: həyati əhəmiyyətli infrastrukturu, logistikanı, yaşayış binalarını və sosial obyektləri. Düşmən yenidən enerji sektorunu məhv etməyə başlayıb. Daha dinc zamandakı kimi yaşamaq mümkün olmayacaq”, - Kliçko deyib.