📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kliniki Uroloji Xəstəxanada rentgen cihazı niyə işləmir? - RƏSMİ AÇIQLAMA

2024-05-21 22:31:37

Kliniki Uroloji Xəstəxanada rentgen cihazı niyə işləmir? - RƏSMİ AÇIQLAMA

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında rentgenoqrafiya cihazının 2 ilə yaxındır ki, işləmədiyi iddia edilir.

Məsələ ilə bağlı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nə (TƏBİB) sorğu ünvanlanıb.

Qurumdan Bizim.Media-ya bildirilib ki, hazırda Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanada mövcud olan rentgen cihazının hərəkət sistemində və kaset qəbuledicisində bərpası mümkün olmayan problem yaranıb:

"Bununla əlaqədar xəstəxanaya yeni rentgen cihazının verilməsi üçün aidiyyəti üzrə müraciət edilib. Yaxın zamanlarda yeni rentgen cihazının alınaraq istifadəyə verilməsi təmin olunacaq".