📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Klinqbeyl: Bu müharibə Putinin sonunu gətirdi

2022-03-23 09:27:00

Klinqbeyl: Bu müharibə Putinin sonunu gətirdi

Vladimir Putinin prezidentliyi dövründə Rusiya-Almaniya münasibətlərinin normallaşmasından söhbət gedə bilməz.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Almaniyanın hakim Sosial-Demokrat Partiyasının həmsədri Lars Klinqbeyl deyib.

“Nə vaxtsa Vladimir Putinlə yenidən eyni masa arxasında əyləşəcəyimizi görmürəm. O vaxt bitdi”, - deyə partiya sədri bildirib.

O, Putin epoxasının sona yaxınlaşdığını vurğulayıb:

“Bu müharibə Putinin sonunu gətirdi. Rusiyada siyasi proseslər sürətlə inkişaf edir. Putin öz ölkəsini bədbəxtliyə aparır”.