📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Klinton “Epşteyn işi” ilə bağlı ifadə verdi, Trampı “baqaja” qoydu: Yaxşı tanıyırdı

2026-03-03 11:16:46

Klinton “Epşteyn işi” ilə bağlı ifadə verdi, Trampı “baqaja” qoydu: Yaxşı tanıyırdı

Ceffri Epşteynin başına nə gəldiyini bilmirəm, heç birimiz bilmirik, orada deyildik.

Hurriyyet.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Bill Klinton Konqresə verdiyi ifadədə bildirib.

O, həmçinin Epşteynin intihar edib-etmədiyi sualına cavab verə bilməyib. Klinton iddia edib ki, Epşteyni yalnız "qısaca" tanıyıb və onların münasibətləri "cinayətləri üzə çıxmazdan bir neçə il əvvəl bitib".

Klintondan ABŞ prezidenti Donald Trampın ifadə verib-verməməsi soruşulub . O, "Bu, sizə qalıb" deyib. "Amma Tramp onu yaxşı tanıyırdı", - əlavə edib.

O, həmçinin 2002 və ya 2003-cü illərdə Trampla Epşteyn haqqında apardığı söhbətə də münasibət bildirib. "Sadəcə deyib ki, “Biz dostuq, sonra torpaq sövdələşməsi, daşınmaz əmlak sövdələşməsi üstündə mübahisə etdik”. Vəssalam".

O, söhbətin Trampın qolf meydançasında ianə toplama tədbiri zamanı baş verdiyini iddia edib.