Klinton: "Tramp ABŞ-ı NATO-dan çıxarmağa çalışacaq"
2024-02-19 13:57:47
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Donald Trampın yenidən prezident seçiləcəyi təqdirdə Birləşmiş Ştatları NATO-dan çıxarmağa çalışacağını bəyan edib. Bu barədə məlumatı NBC News portalı verib.
Hillari Klinton bu iddianı Münhen Təhlükəsizlik Konfransındakı çıxışında səsləndirib. O, nümayəndələri Trampın yenidən seçilmək cəhdlərini "çox ciddi" qəbul eləməyə çağırıb.
Hürr Tərcüman