📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Klinton Ukraynanı tərk-silah etdiyinə görə peşman olub: “Şəxsən məsuliyyət daşıyıram”

2023-04-05 09:35:00

Klinton Ukraynanı tərk-silah etdiyinə görə peşman olub: “Şəxsən məsuliyyət daşıyıram”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın keçmiş Prezidenti (1993-2001) Bill Klinton İrlandiyanın RTE kanalına müsahibəsində 1994-cü ildə Ukraynanı nüvə silahından imtina eləməyə razı saldığına görə təəssüfləndiyini bildirib.

Klinton Moskvanın Ukraynada müharibəyə başlamaq qərarının səhv olduğunu söyləyib.

76 yaşlı siyasətçi deyib: “Onları (ukraynalıları) nüvə silahından imtina eləməyə razı saldığım üçün şəxsən məsuliyyət hiss edirəm. Onlar fikirləşirlər ki, Ukrayna indiyə kimi nüvə silahına malik olsaydı, Rusiya indiki əməllərini törətməzdi. Onlar nüvə silahından imtina eləməkdən qorxurdular, çünki fikirləşirdilər ki, yalnız nüvə silahı onları müstəmləkəçi Rusiyadan qoruya bilər”.

Qeyd edək ki, Budapeşt memorandumu 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanıb. Müqavilə əsasında Ukrayna öz nüvə arsenalını ləğv etmiş, Rusiya, ABŞ və Böyük Britaniya isə Kiyevə təhlükəsizlik təminatı vermişdilər.

Hürr Tərcüman

Будапештский меморандум: что пообещали Украине в 1994 году и как Киев хочет  использовать это в свою пользу