Kloppun meneceri iddialara cavab verdi
2025-04-18 19:08:55
Yurgen Kloppun meneceri almaniyalı mütəxəssisin "Real"a və ya Braziliya yığmasına gedəcəyi barədə xəbərlərə cavab verib.
O, təcrübəli baş məşqçinin hazırki vəzifəsində xoşbəxt olduğunu bildirib:
"Klopp "Red Bull"dakı vəzifəsindən məmnundur. Bütün diqqətini ora ayırıb və işində xoşbəxtdir".
Xatırladaq ki, ötən günlərdə xarici mətbuatda Kloppun "Red Bull"dan ayrılıb "Real"a keçə biləcəyi yazılmışdı. \\Offsideplus.az