Klub prezidenti 60 milyon dollar cərimələndi
Amerika Futbol Liqası (NFL) təmsilçilərindən olan "Washington Commanders”in sahibi Den Sneyder "maliyyə pozuntuları və işçiyə qarşı cinsi təcavüzə” görə 60 milyon dollar cərimələnib.
Hurriyyet.Az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə NFL, Sneyderin 2012-ci ildə klubunun liqadakı digər rəqiblərlə bölüşməli olduğu pulu saxlaması və həmin ildə bir işçini cinsi təcavüzə məruz qoyması ilə bağlı apardığı araşdırmanın hesabatını təqdim edib. 23 səhifəlik hesabatda istintaqın bir hissəsi kimi funksionerin maliyyə pozuntusu və cinsi təcavüzə görə 60 milyon dollar cərimələndiyi bildirilib.
Müstəntiqlərin "Washington Commanders”in rəhbərinin digər komandalarla bölüşməli olduğu 11 milyon dollarlıq gəliri aşkarladıqlarını ifadə edən hesabatda, Sneyderin mövzu ilə bağlı qənaətbəxş şəkildə əməkdaşlıq etmədiyi üçün əsl rəqəmin dəqiq öyrənilə bilmədiyi ifadə olunub. Həmçinin komandanın keçmiş əməkdaşını cinsi təcavüzə məruz qoyması qənaətinə gəlinib.
İstintaqın nəticələrinə görə, Sneyder klubun gəlirlərinin bölüşdürülməsi qaydalarını pozmaq üçün onlara ödənilən pulu "konsertlər və kollec futbol oyunları kimi xüsusi tədbirlərdən əldə edilən pul" kimi qeydə alıb. "Səhvən" aşağı qiymətə alınan biletlərdən əldə edilən milyonlarla dollar gəlirin isə məxfi hesablara köçürüldüyü qeyd edilib.
Hesabatda, həmin 11 milyon dollardan əlavə, məhkəmə mühasibləri liqa gəlirləri olan hesablardan xüsusi hesablara köçürülmüş əlavə 44 milyon dolların da müəyyənləşdirildiyi açıqlanıb.
Səbuhi Həsənov