📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Klubun qapıları ömrünün sonunadək onun üzünə açıqdır" - Xosep Qvardiola

2025-04-04 22:40:38

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola cari mövsümün sonunda "şəhərlilər"i tərk edəcəyi dəqiqləşən belçikalı yarımmüdafiəçi Kevin De Bröynedən danışıb.

Onun sözlərini "Sky Sports" belə çatdırıb:

"Onun ötürmələrini, qollarını, hücumlar zamanı meydanı görmək bacarığını başqasında tapmaq çox çətin məsələdir. Hamı parlaq işlər görə bilər, amma bunu uzun illər davamlı şəkildə etmək başqa şeydir. Kevinin unikallığı bundadır. Onun son 10 ildə ortaya qoyduğu futbol möhtəşəmdir. Bizim qazandığımız çoxsaylı mükafatların hər birində De Bröynenin əməyi var. Kevin "Mançester Siti"nin bir parçasıdır. Klubun qapıları ömrünün sonunadək onun üzünə açıqdır. Burada hansı işi görmək istəməsindən asılı olmayaraq... Hə, De Bröyne "Man Siti" ailəsinin üzvüdür". \\Fanat.Az