Knyaz Həsənov vəzifəsindən azad edilib
2022-06-06 22:10:00
Daxili işlər orqanlarında yeni təyinat olub.
Hurriyyet.az bildirir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Sənədə əsasən, Gəncə şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Knyaz Həsənov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə Knyaz Həsənov Ağcəbədi Rayon Polis Şöbəsinin rəisi təyin edilib.