📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kobaxidze Azərbaycan və Ermənistanla bağlı planlarını açıqladı

2024-03-15 13:41:15

Kobaxidze Azərbaycan və Ermənistanla bağlı planlarını açıqladı

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında Brüssselə səfərindən sonra əvvəlcə Azərbaycana, ardından Ermənistana gedəcəyini bildirib.
"Newsgeorgia" nəşrinin yazdığına görə, Baş nazir deyib: "Bu şənbə günü Azərbaycana, gələn həftə isə Ermənistana səfər olacaq".
Kobaxidze Bakı və İrəvandakı görüşlərdə "bütün vacib məsələlərin, o cümlədən sülhün təminatının" gündəmdə olacağını söyləyib: "Regionda sülhü təmin eləmək vaibdir. Bilirsiniz ki, bu məsələdə ölkəmiz həmişə müsbət rol oynayıb. Buna müvafiq olaraq, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regionumuzda - Cənubi Qafqazda sülhə və sabitliyə dəstək üçün hər şeyi edəcəyik". 
Hürr Tərcüman