📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kobaxidze: "Bəs Paşinyanı niyə qınamırlar?"

2024-07-31 17:39:10

Kobaxidze:

Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin suallarına cavab verərkən İrana səfərinin siyasi bəyanat və Qərbdən uzaqlaşmaq demək olmadığını bildirib. O, İranın regiondakı əhəmiyyətini vurğulayıb və İran Prezidentinin andiçmə mərasimində bölgənin bütün ölkələrinin nümayəndələrinin, o cümlədən, Azərbaycan və Ermənistanın baş nazirlərinin yüksək səviyyədə iştirak etdiyini qeyd edib.
Kobaxidze Ermənistan hökumətinin də Qərb ilə münasibətləri dərinləşdirməyə səy göstərdiyini və bu bəyənatların Qərb tərəfindən dəstəkləndiyini söyləyib. Onun sözlərinə görə, Ermənistanın Baş nazirinin İran Prezidentinin andiçmə mərasimində iştirak etməsi erməni mediasında mühakimələrə səbəb olmayıb. Kobaxidze ikili standartlardan və bəzi gürcü mətbu orqanlarının xarici təsir altında olmasından danışıb.
Kobaxidze deyib: "Ermənistan hökuməti Qərb ilə münasibətləri möhkəmləndirmək istədiyini bəyan edir. Qərb də anaoloji bəyanatlar verir. Eyni zamanda Ermənistanın Baş naziri İran Prezidentinin andiçmə mərasimində iştirak edir. Bəs niyə Ermənistandakı "Lomcariya" Paşinyanın səfərini pisləmir? Niyə Ermənistanın "TV Pirveli"si, "Formula"sı (gürcü telekanallarının adları - red.) efirə çıxıb Paşinyanın səfərini pisləmədilər? Sizə demək istəyirəm ki, belə kanallar Ermənistanda da var. Lakin onlara "Lomcariya"ya verilən tapşırılıq verilməyib. Sizin öz redaksiyanız var, lakin sizin redaksiyalarınıza sahibləriniz rəhbərlik edirlər".
Hürr Tərcüman