📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kobaxidze əsəbiləşdi: Saakaşvili əfv edilə bilər

2023-11-01 17:15:32

Kobaxidze əsəbiləşdi: Saakaşvili əfv edilə bilər

Gürcüstan Prezidenti Salome Zurabaşvili bütün qırmızı xətləri keçir və hətta onun keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv edəcəyini gözləmək olar.

Hurriyyet.az xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.

“Salome Zurabişvilinin heç bir addımına təəccüblənmirik. O, yavaş-yavaş bütün qırmızı xətləri keçir, ona görə də bu xətti sona qədər keçib-keçməyəcəyini bilmirəm (Saakaşvilini əfv edəcəkmi – red.). Təbii ki, bu, gürcü xalqına qarşı növbəti xəyanət olacaq. O, Saakaşvilinin cinayətlərini qəbuledilməz hesab edən xalq tərəfindən seçilib”, - o bildirib./axar.az/