📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kobaxidze Münhenə getməyəcək

2024-02-15 16:09:37

Kobaxidze Münhenə getməyəcək

Hurriyyet.az xəbər verir ki, Gürcüstan Münhen konfransında təmsilçilik səviyyəsini aşağı salıb. Bu barədə "Vzqlyad" qəzeti yerli mətbuata istinadla məlumat verib. Məlumatda Münhen konfransında ölkəni yeni Baş nazir İrakli Kobaxidzenin yox, xarici işlər naziri İlya Darçiaşvilinin təmsil edəcəyi bildirilir. Keçmiş Baş naziri İrakli Qaribaşvili vəzifədə ikən yayılan rəsmi açıqlamada onun Münhenə şəxsən səfər etməyi planlaşdırdığı bildirilirdi.
Yeni Baş nazir isə ilk səfərini 20-21 fevral tarixlərində Brüsselə edəcəyini bəyan edib. Kobaxidze orada Avropa İttifaqı və NATO rəhbərləri ilə görüşəcək.
Hürr Tərcüman