Kobaxidze sabah Macarıstana gedəcək
2024-04-23 19:28:51
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze aprelin 24-də Budapeştə ikigünlük səfərə gedəcək. Onun Mühafizəkar Siyasi Fəaliyyət konfransında iştirakı gözlənilir.
Bu barədə məlumatı Gürcüstan hökumətinin başçısının mətbuat xidməti verib.
Hürr Tərcüman