📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kobaxidzedən şok açıqlama! "Sən də Fiço kimi güllələnərsən!" - Aİ-yə şantaj ittihamı

2024-05-23 17:26:17

Kobaxidzedən şok açıqlama!

O halda Slovakiyanın Baş naziri Robert Fiçoya qarşı sui-qəsdi hansı qüvvə sifariş edib?


Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı komissarlarından birinin xarici agentlər haqqında qanunla əlaqədar söhbət zamanı  bu yaxınlarda Slovakiyanın Baş naziri Robert Fiçoya qarşı edilmiş sui-qəsdi misal çəkərək, onu təhdid elədiyini bəyan edib.
İrakli Kobaxidze deyib ki, söhbət zamanı Avropa komissarı xarici təsirin şəffaflığı qanununa vetonun ləğv ediləcəyi təqdirdə, Qərb tərəfdaşlarının görə biləcəyi tədbirləri sadalayıb. Kobaxidzenin açıqlamasını Gürcüstan hökumətinin mətbuat xidməti dərc edib. 
Açıqlamada deyilir: "Avropa komissarlarından biri ilə telefon söhbətində səslənən təhdid hətta Qərbin davamlı şantajlarının fonunda belə, çox sarsıdıcı idi. Avropa komissarı mənimlə söhbətində şəffaflıq barəsində qanuna vetonun dəf ediləcəyi halda, qərbli tərəfdaşların görəcəyi bir sıra tədbirləri sadaladı və sadalayarkən qeyd elədi: "Axı siz Fiçonun başına nə gəldiyini gördünüz və çox ehtiyatlı olmalısınız".


Hürr Tərcüman

Assessing the Assassination Attempt on Slovakian Prime Minister Robert Fico  - Best Business Magazine In World