📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Köç başlanır - Kiyev daha təhlükəsiz yer deyil

2022-10-11 11:50:00

Köç başlanır - Kiyev daha təhlükəsiz yer deyil

Qazaxıstan Kiyevdəki səfirliyini köçürməyi planlaşdırır

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Qazaxıstanın Xarici İşlər Nazirliyi Ukraynadakı səfriliyinin əməkdaşlarının təxliyə edilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə açıqlamanı nazirliyin rəsmi təmsilçisi Aybek Smadiyarov verib: “Hazırda məsələ səfirliyin bağlanması yox, əməkdaşlarımızın təxliyə edilməsidir. Bu məsələ yaxın günlərdə həll ediləcək. Tam evakuasiya gözlənilir”.

Smadiyarov Qazaxıstanın Kiyevdəki səfirliyinin hansı şəhərə evakuasiya etməyi planlaşdırdıqlarını dəqiqləşdirməyib.

Hürr Tərcüman