📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Kocaelispor" lideri yendi, Ramil debüt etmədi

2024-01-20 22:21:50

Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.
Bu gün Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda Arda Turanın rəhbərlik etdiyi "Eyüpspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ramil bu matçda yeni komandasının heyətində debüt edə bilməyib. Millimizin üzvü görüşü ehtiyat oyunçular skamyasında izləyib.
Xallarını 36-ya yüksəkdən "Kocaelispor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Yaşıl-qaralar" lider "Eyüpspor"dan 9 xal geri qalır. \\Football-plus.az