Koçaryan və Sarqsyanın işini araşdıran üç prokuror istefa verdi – Ermənistanda nə baş verir?
2023-06-06 15:55:00
Ermənistanın ikinci və üçüncü prezidentlərinin işlərinin araşdırılmasında iştirak edən prokurorlar tutduqları vəzifələrdən istefa ərizələri yazıblar.
Hurriyyet.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd olunur ki, Robert Köçəryanın işi ilə məşğul olan baş prokurorun müavini Gevorq Baqdasaryan və prokuror Petros Petrosyan, həmçinin Serj Sarqsyanınn işinə nəzarət edən prokuror Arsen Martirosyan istefa verib.
İstefaların səbəbləri barədə məlumat verilmir və heç bir rəsmi təsdiq yoxdur. Baş Prokurorluq hələ ki, məlumatı şərh etməyib.
AzPolitika.info