📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Koçaryanın karyerası siyasi quldurluq və hərbi cinayətkarlıqdan ibarətdir" - NURLAN QƏLƏNDƏRLİ

2023-12-07 12:29:44

"İşğalçı ölkəsinin ağır məğlubiyyətindən sonra "fürsət bu fürsət" deyərək siyasi səhnəyə çıxmağa və özünün politik reabilitasiyasını təmin etməyə çalışır, amma nafilə..."

"Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın karyerası siyasi quldurluq və hərbi cinayətkarlıqdan ibarətdir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Nurlan Qələndərli qeyd edib.

Politoloqun sözlərinə görə, Koçaryanın baxışlarında terrorçu təfəkkürü, üzündəki qırışlarda isə separatizm izləri gizlənib: "Son müsahibəsində nə qədər "yenilikçi" görünməyə və "ağıl paylamağa" çalışsa da, fikirləri şüuraltındakı caniliyi əks etdirir. İşğalçı ölkəsinin ağır məğlubiyyətindən sonra "fürsət bu fürsət" deyərək siyasi səhnəyə çıxmağa və özünün politik reabilitasiyasını təmin etməyə çalışır, amma nafilə..."

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az