Koçaryanın oğlu cəzalandırıldı
2023-09-25 11:46:22
Hurriyyet.az “Aysor.am” saytına istinadla xəbər verir ki, İrəvan məhkəməsi eks-prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryana bir aylıq həbs cəzası verib. Bu barədə məlumatı caninin vəkili Aleksandr Koçubayev verib. Koçubayevin açıqlamasına görə, Levon Koçaryan etiraz aksiyasında saxlanılan zaman kəllə-beyin zədələnməsi alıb və beyni silkələnib və xəstəxanaya yerləşdirilib.
Ermənistanın İstintaq Komitəsi Levon Koçaryanı 4 nəfər polis əməkdaşını vurmaqda ittiham edir.
Hürr Tərcüman