📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Köçəryan: Tezliklə Ermənistanda erməni qalmayacaq

2021-12-13 13:06:00

Köçəryan: Tezliklə Ermənistanda erməni qalmayacaq

Ermənistanda iqtisadi həyat ölüb, ictimai həyat daha da pis vəziyyətdədir. İnsanlar qiymət artımının öhdəsindən gələ bilmirlər. Tezliklə Ermənistanda erməni qalmayacaq.

Hurriyyet.az xəbər verir ki, bi fikirlərlə erməni iqtisadçı Akop Köçəryan bölüşüb.

Onun sözlərinə görə, Ermənistanın beynəlxalq münasibətlərdə, təhlükəsizlik, müdafiə, sosial sahələrdə və dövlət idarəçiliyində irəliləyişi yoxdur:

“Ən dəhşətlisi odur ki, ermənilərin ümidləri də yoxdur. Belə bir şəraitdə iqtisadiyyatın inkişaf perspektivi əlbəttə ki, olmayacaq. Təəccüblü deyil ki, iqtisadi artım çox aşağıdır. O, getdikcə daha da aşağı olacaq”, - deyə erməni ekspert bildirib.