Köçəryanın oğlu saxlanıldı
2023-09-22 12:55:54
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Baş nazir Nikol Paşinyanın istefa verməsi tələbi ilə çıxış edən onlarla nümayişçi İrəvanın mərkəzində saxlanılıb. Onların arasında Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan da var. Kadrlar bir sıra erməni şəbəkələrində birbaşa efirə verilib.
Kadrlarda “ağ və qara beretlilər” adlanan xüsusi təyinatlı polislərin qayda pozucularını kütləvi şəkildə saxlayaraq avtomobillərlə polis şöbələrinə apardıqları görünür. İrəvandakı etirazlar sakitləşmir, şəhərin müxtəlif hissələrində, o cümlədən hökumət evinin qarşısında davam edir.
Hürr Tərcüman