“Köçkünlərə 40 mindən artıq yaşayış yeri hazırlamışıq. Məqsədimiz erməniləri Qarabağdan çıxarmaq olmasa da...” - Paşinyan
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasındakı çıxışında Qarabağdakı ermənilərin zərurət yarandığı təqdirdə Ermənistana gələ biləcəklərini söyləyib.
Paşinyan deyib: “Bəli, bizim qiymətləndirməmizə görə, indiki məqamda belə bir vəziyyətin olması mümkündür. Vəziyyət yaxşılaşmasa, əlbəttə ki, bu məsələ gündəliyimizdə olacaq. İctimaiyyətin diqqətinə çatdırmaq istəyirəm: hələ sentyabrın 19-da mən Baş nazirin müavini Tiqran Xaçatryana göstəriş vermişdim ki, soydaşlarımıza harada, necə və nə ilə kömək edə biləcəyimizi həmkarları ilə müzakirə eləsin”.
Paşinyan Ermənistanda 40 mindən artıq yaşayış yerinin hazırlandığını xəbər verib: “Bu planda hazırıq və hazırlaşmağa davam edirik”.
Paşinyan bu sözlərlə yanaşı, əlavə edib ki, hökumətin məqsədi – ermənilərin Qarabağdan çıxması deyil: “Biz soydaşlarımızın öz evlərində rahat yaşaması üçün hər şeyi etməliyik”.
Hürr Tərcüman