📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kökçüyə 120 milyon avro qiymət qoyacaqlar!

2023-06-09 19:33:00

Kökçüyə 120 milyon avro qiymət qoyacaqlar!

 Türkiyə millisinin üzvü Orkun Kökçünün yeni klubu bəlli olub.

"Benfika" klubu türk futbolçunu 30 milyon avroya "Feyenoord"dan heyətinə cəlb edəcək. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 

Portuqaliya təmsilçisi transferi bitirməyə yaxındır. Müqavilənin müddəti 2028-ci ilədək nəzərdə tutulub, futbolçuya 120 milyon avro sərbəstqalma məbləği təyin olunacaq. 

Qeyd edək ki, "Benfika" 2022-23 mövsümü üzrə Portuqaliya çempionu olub. 

Xatırladaq ki, Orkun Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün qardaşıdır.\\Offsideplus.az