📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kolleclərdə bu ixtisas ləğv edilir

2026-05-04 16:38:11

Kolleclərdə bu ixtisas ləğv edilir

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə plan yeri ayrılmayıb.

Hurriyyet.az  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, bu ildən etibarən “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq. Abituriyentlərin nəzərinə çatdırırıq ki, cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalar da fəaliyyət göstərməyəcək.

6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);

152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).

Qabiliyyət imtahanları ilə bağlı daha ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını mütəmadi izləmək tövsiyə olunur.