Kolomina yeni vəzifəyə təyin edilib
2024-07-23 13:35:00
Hurriyyet.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq alyansın Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi vəzifəsini icra etmiş Havyer Kolominanın NATO-nun Cənub Qonşuluq üzrə xüsusi nümayəndəsi təyin edib.
Stoltenberq deyib: "Yaxın Şərq, Şimali Afrika və Sahil regionları bizim Şimali Atlantika ittifaqımız üçün mühümdürlər. Havyer Kolomina NATO tərəfdaşları ilə münasibətlər məsələsində çox böyük təcrübəyə malikdir. Onun bu vəzifəyə təyin olunması NATO-nun Cənubdakı mühüm fəaliyyətini daha da gücləndirəcək".
Hürr Tərcüman