Kolumbiya İsraillə diplomatik əlaqələri kəsdiyini bəyan edib
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kolubmiya öz diplomatlarını İsraildən geri çağırıb.
Kolumbiya Prezidenti Qustavo Petro dünənki açıqlamasında mayın 2-də ölkəsinin İsrail ilə diplomatik münasibətlərini kəsəcəyini bəyan edib.
Kolumbiya XİN-in açıqlamasına görə, iki ölkə arasında diplomatik əlaqələrin dayandırılmasının səbəbi İsrailin Fələstinin Qəzza bölgəsində apardığı əməliyyatlardır.
Açıqlamada deyilir: "Kolumbiyanın diplomatları ölkəmizə qayıdacaqlar. İsrail və Fələstindəki həmvətənlərimiz səfirliyin Tel-Əvivdəki konsulluq şöbəsindən zəruri yardımı almağa davam edəcəklər".
Nazirlik Kolumbiyanın dəfələrlə atəşkəs, əsirlərin dərhal azad edilməsi və Qəzza bölgəsindəki əhaliyə humanitar yardım çağırışları etdiyini qeyd edib.
Hürr Tərcüman