📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kolumbiya prezidenti Trampdan rüsumların dayandırılmasını istədi

2026-08-16 16:12:55

Kolumbiya prezidenti Trampdan rüsumların dayandırılmasını istədi

Kolumbiya prezidenti Abelardo de la Espriella ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Hurriyyet.Media  xəbər verir ki, məlumatı Espriella öz X hesabında paylaşıb. O, Trampdan Kolumbiya mallarına gömrük rüsumlarının dayandırılmasını istəyib: "Zəlzələnin nəticələrinə görə çox çətin günlər yaşayan sahibkarlarımızın vəziyyətini yüngülləşdirmək üçün ondan yüksək rüsumların dayandırılmasını nəzərdən keçirməsini xahiş etdim".

Kolumbiya lideri ABŞ Prezidentinə artıq göstərilən maliyyə dəstəyi və humanitar yardıma görə dərin minnətdarlığını bildirib. Tramp da öz növbəsində faciə qurbanlarının ailələrinə başsağlığı verib və Kolumbiya xalqı ilə həmrəy olduğunu bildirib.

"Bu gün, Kolumbiya və ABŞ arasında ittifaq sevimli ölkəmizin bərpası üçün həmişəkindən daha çox vacibdir", - deyə Cənubi Amerika respublikasının lideri yekunlaşdırıb.