📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Kolumbiyada zəlzələdə ölənlərin sayı 164-ə çatıb

2026-08-11 12:41:46

Kolumbiyada zəlzələdə ölənlərin sayı 164-ə çatıb

Kolumbiyanın qərbində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 164 nəfər ölüb.

Hurriyyet.Media  “Reuters“-ə istinadən xəbər verir ki, ölkədə son onilliklərdə ən güclü zəlzələlərindən biri olan təbii fəlakətdən sonra xilasetmə işləri artıq ikinci gündür davam edir.

Fövqəladə hallar xidmətinin əməkdaşları dağılan binaların və uçmuş evlərin dağıntıları altında qalan insanları axtarır.

Ölənlərin sayının daha da artacağı gözlənilir.